May 30 2019 19:18
Views: 372

UEFA Avropa Liqasının final matçı Azərbaycanın bu qəbildən beynəlxalq tədbirlər keçirməsinə qadir olduğunu bir daha sübut etdi. Bu fikir Milli Məclisin bu gün keçirilən iclasında səsləndirildi. Deputatlar dünən baş tutan oyunda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə qorunduğunu bildirilər. 
İclasda əcnəbilərə güzəştləri nəzərdə tutan layihə də qəbul edildi. Miqrasiya Məcəlləsinə dəyişikliyə görə,  Azərbaycanda  banklara azı 100 min manat məbləğində pul vəsaiti qoyan əcnəbi ölkədə yaşamaq icazəsini almış olacaq. Layihənin müzakirəsi zamanı qısa müddətliyinə Azərbaycana gələnlərin qeydiyyatının asanlaşdırılmasına aid təklif irəli sürülüb. 
İclasda “Kredit ittifaqları haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Dövlət rüsumu haqqında” və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi Məcəlləsinə dəyişikliklər təsdiqləndi. 
Sabah Milli Məclisdə “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunacaq.

 


Create Account



Log In Your Account