Mar 13 2019 18:26
Views: 295

“Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində  təmayüllü qrupların yaradılması repetitorlarla mübarizədə bir variantdır”. Bunu Milli Məclisin elm və təhsil komitəsinin iclasında komitə sədri, millət vəkili İsa Həbibbəyli bildirib. Bildirib ki, təkliflərdən biri müəllimlərin maaşının artırılması ilə bağlı olsa da bu prezidentin səlahiyyətində olan məsələdir. Deputat Bəxtiyar Əliyev qanunun mükəmməl hazırlandığını bildirib və ümumtəhsil prosesinin həyata keçirilməsi üçün hüquqi baza rolunu oynayacaq. Millət vəkili Sona Əliyeva Azərbaycanda autizmli uşaqların inklüziv təhsilə cəlb olunmaları ilə bağlı problemlərin olduğunu bildirib.  Qeyd edib ki, ölkədə inklüziv təhsillə bağlı dövlət proqramı qəbul olunub, 2015-ci ildə onlara əlillik dərəcəsinin verilməsi ilə bağlı kriteriyalar müəyyənləşib. Bununla belə autizmli uşaqların reabilitasiya mərkəzlərində təhsil almasının önəmli olduğunu deyən deputat təklif də irəli sürüb. İclasın gündəliyinə ümumilikdə 7 məsələ daxil edilib, Bəzi qanunlara uyğunlaşdırılma məqsədilə texniki və redaktə əlavələrinin olunması təklif olunub. Komitə sədri İsa Həbibbəyli isə deyib ki, inklüziv təhsilə ehtiyacı olan 6 min uşağın heç də hamısı təhsildən qalmır, onlartın çoxu evdə təhsillərini davam edirlər. Sonda “Ümumtəhsil haqqında” qanunun Milli Məclisin plenar iclasında üçüncü oxunuşa tövsiyyə olunub.


Create Account



Log In Your Account