Mar 30 2019 15:10
Views: 2275

Vaşinqtonda ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə inkişaflar” mövzusunda müzakirələr keçirilib. toplantıda iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadə ABŞ-Azərbaycan əlaqələri ilə bağlı çıxış edib, suallara cavab veriblər. Müzakirələrdə Ermənistanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak edib. Azərbaycanlı millət vəkilləri Dağlıq Qarabağ məsələsini gündəmə gətiriblər.

Azərbaycan nümayəndə heyəti həmçinin Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıblar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib AİPAC(Ey-Pak) kimi nüfuzlu bir tədbirin toplantılarından birini Azərbaycanla münasibətlərə həsr etmək özü İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən xəbər verir.

Qeyd edək ki, Milli Məclis üzvləri ABŞ Konqresində və Dövlət Departamentində də görüşlər keçirib.Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu, terrorçuluğa qarşı mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunan məsələlərdən olub.

   


Create Account



Log In Your Account