Jul 12 2019 17:27
Views: 197

Milli Məslisin plenar iclası ATƏT PA-nın Luksemburqda keçirilən 28-ci illik sessiyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin qiymətləndirilməsi ilə başladı. Parlamentin vitse-spikeri Bahar Muradova bildirdi ki, sessiyanın Yekun Bəyyanaməsində Azərbaycanın təklifləri nəzərə alınıb, maraqları təmin olunub. Bildirdi ki, Azərbaycan nümayəndə heyətinin təklifi əsasında 22-ci maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisində olan münaqişələrə eyni prizmadan yanaşılması ilə bağlı mühüm düzəliş qəbul olunub. 22-ci maddədə münaqişələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi  əsasında həllinin vacibliyi əksini tapıb. Ermənistan nümayəndə heyətinin ciddi etirazlarına baxmayaraq sənəd qəbul edilib.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycana qarşı aparılan informasiya təbliğatına qarşı çevik fəaliyyət göstərməyə çağırıb.

Milli məclisin iclasında bir neçə qanunlayihəsi də müzakirə edildi.  Üçüncü oxunuşda qəbul edilən mühüm qanun layihələrindən biri "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik barədə  oldu. Qanunverici orqan bu qanun layihəsi üçüncü oxunuşda qəbul etdi. Sessiyada pensiyaların ildə bir dəfə deyil, ayda bir dəfə indeksləşməsi ilə bağlı təklif səsləndirildi. Təkliflərdən biri də milli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı parlamentin bir bəyanat, müraciət qəbul edilməsi ilə bağlı oldu.   Toplantıda 28 məsələ müzakirə olundu. Əksəriyyəti 2-ci cə 3-cü oxunuşa çıxarılan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsvermə nəticəsində qəbul edildi. Bununla da Milli Məclisinin növbədənkənar sessiyası başa çatdı.


Create Account



Log In Your Account