Oct 01 2018 18:18
Views: 865

Milli Məclisin payız sessiyasında deputatları gərgin iş qrafiki gözləyir. Sessiyanın ilk iclasında açıqlanan işlər planı, gündəlikdə duran məsələlərə əsasən, sessiya dövründə yeni qanunlar, mövcud normativ aktlara dəyişikliklər qəbul ediləcək. İclasın əvvəlində parlamentin spikeri Oqtay Əsədov Milli Məclisin 100 illik yubileyi ilə bağlı keçirilən təntənəli iclas haqqında danışdı. Onun sözlərinə görə, Milli Məclis bir əsrlik tarixini bütün dünyaya layiqincə nümayiş etdirmiş oldu.

“Dörd ölkədən, 9 beynəlxalq təşkilatdan 300-ə yaxın nümayəndə heyəti iştirak eləmişdi. Bunların içində 14 parlament sədri, 20 sədr müavini iştirak edirdi. İclasda ölkəmizdə akkreditə olunmuş səfirlər də iştirak edirdi. İclasda 39 nəfər təbrik nitqi ilə çıxış etdi. Hesab edirəm ki, biz Azərbaycan parlamentinin 100 illik yubileyini yüksək səviyyədə qeyd etmiş olduq”.

İlk iclasda Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı da təsdiqləndi.  Plana Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və himni haqqında qanunlar, “Konstitutsiya qanunu layihəsi, "Standartlaşdırma haqqında"; "Kinematoqrafiya; "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” ; "Yazılı abidələr haqqında" , "Turizm haqqında" qanunlar və digər sənədlər daxildir. Bundan əlavə, Milli Məclis yaxın vaxtlarda 2019-cu il üçün dövət büdcəsini də müzakirə edəcək. Çıxış edən deputatlar işlər planına yeni məsələlərin daxil olunmasını, fərqli sahələr üzər yeni qanunların qəbul edilməsini təklif etdilər.

Deputatlar  informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın,  kredit riskləri haqqında qanunun, işğal olunmuş ərazilərdə partizan fəaliyyəti haqqında qanun, işdən çıxarılan məmurların hüquqlarinin qorunması, təhsil kreditləri haqqında qanunların hazırlanmasına dair təkliflər də səsləndi. Payız sessiyasının ilk iclasında Azərbaycanla  Türkiyə, Gürcüstan, Əlcəzair arasında bir sıra sazişlər təsdiqləndi, İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin nizamnaməsi, MDB-yə üzv dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının yaradılmasına dair saziş də təsdiqləndi. Bu həftə Milli Məclisin daha bir plenar iclasının keçiriləcəyi gözlənilir.    


Create Account



Log In Your Account