Sep 25 2018 18:36
Views: 786

“Bu gün Azərbaycanda müalicəsi mümkün olmayan bir xəstəlik yoxdur”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov dedi. Bildirdi ki, ölkə xəstəxanalarındakı tibbi-texniki avadanlıq bütün xəstəlikləri müalicə etməyə imkan verir.
“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir”. Səhiyyə komitəsinin üzvü, kardioloq-cərrah Rəşad Mahmudov deyir ki, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.
Millət vəkili Qənirə Paşayeva koxlear implantasiya ilə bağlı məsələyə toxundu. Qeyd etdi ki, bu, çox bahalı əməliyyat olduğu üçün, insanların buna maddi imkanları çatmır. Təklif etdi ki, bununla bağlı 2019-cu ilin büdcəsində vəsait nəzərdə tutulsun. Millət vəkili sonsuzluq probleminə də toxundu.
İclasda qeyd olundu ki, bu gün vərəm xəstəliyi dünyanı ən çox narahat edən problemdir və böyük insan tələbatına səbəb olur. Digər önəmli məsələ kimi şəkərli diabet xəstəliyi və insan orqan və toxumalarının transplantasiyasının olduğu bildirildi. Hər üç məsələnin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.


Create Account



Log In Your Account