Jul 23 2019 15:50
Views: 550

Medianın inkişafı Azərbayanın bu günkü iqtisadi, sosial, siyasi, mədəni inkişafına tam adekvatdır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə belə deyib. Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, əgər Həsən bəy Zərdabi Azərbaycan Milli Mətbuatının təməlini qoymuşdusa, milli lider Heydər Əliyev media üzərindəki tənzimləmə və senzura mexanizmlərini ləğv etdi. Onun sözlərinə görə, bu gün jurnalistlərin özlərinin yaratdığı Mətbuat Şurası mətbuatın yaradıcılıq problemlərini, o cümlədən jurnalistlərin sosial-iqtisadi çətinliklərini araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir. Dövlət bu təşəbbüslərin ən mütərəqqilərinə dəstək verir.

Medianın bugünkü inkişafında Prezident İlham Əliyevin xüsusi xidmətləri olduğunu qeyd edən Əli Həsənov 2008-ci ildə Azərbaycan mediasına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edildiyini xatırladıb. Bildirib ki, o dövrdə yaradılan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən müddət Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərib. Qəzetlərin uzun müddət yığılmış borcları da bağlanıb.

Çıxış edənlər milli medianın yaradılmasının Azərbaycan cəmiyyətinin inkişafının yalnız maariflənmə, elm və təhsilin yolu ilə mümkün olduğunun göstəricisini olduğunu və bu həqiqətin illər boyu təsdiqləndiyini vurğulayıblar. Hər ilin bu günü milli mətbuatın yaradılmasında əməyi keçən hər bir kəsi xatırlamaq həm də hər bir jurnalistin mənəvi borcu və missiyasının ayrılmaz hissəsidir.


Create Account



Log In Your Account