Oct 01 2019 19:10
Views: 523

Azərbaycan Milli Parklarının hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması təklif olunur. Məsələ, Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən” dəyirmi masa zamanı müzakirə olunub. Alman İnkişaf Bankının transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov vurğulayıb ki, həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır. Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə bildirib ki, ölkədə ekoturizmin inkişafı üçün işlər aparılır. Milli parklar turistlərin böyük marağına səbəb olan amillərdən biridir.


Create Account



Log In Your Account