Jun 14 2019 19:32
Views: 646

“15 iyunda Azərbaycan xalqı ilk növbədə dövlətçiliyini itirməkdən xilas oldu”. Bu sözləri CBC-yə müsahibəsində  jurnalist, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Aynur Bəşirli deyib. Onun sözlərinə görə, 26 il bundan öncə Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində müharibə davam edirdi və  ölkənin cənubunda bəzi qüvvələrin separatçılıq təşəbbüsləri də ciddi təhlükəyə çevrilmişdi. Məhz Heydər Əliyevin dühası, zəngin dövlətçilik təcrübəsi bu təhlükələrin dəf olunmasına imkan yaradıb.

Heydər Əliyevin gəlişinə qədər Azərbaycan bəzi qüvvəlrin hədəfinə çevrilmişdi. Lakin milli lider situasiyanı qısa müddət ərzində dəyişərək Azərbaycanın öz hədəflərini müəyyənləşdirdi. Bu hədəflər ulu öndərin Azərbaycan parlamentindəki ilk çıxışında öz əksini tapmışdı. Məhz Heydər Əliyevin müəyyən etdiyi düzgün inkişaf strategiyası nəticəsində Azərbaycan ötən 26 ildə böyük tarixi inkişaf yolu keçməyə nail olub.


Create Account



Log In Your Account