Jan 22 2020 20:55
Views: 143

Azərbaycanda milli statistika sisteminin Avropa standatlartlarına uyğunlaşdırılması məqsədilə Dövlət Statistika Komitəsi 5 ildir ki, Avropa İttifaqı ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir neçə layihə icra edilib. Artıq sonuncu – üçüncü tvinninq layihəsinə yekun vurulub. Layihə çərçivəsində tərəfdaş ölkə mütəxəssislərinin Dövlət Statistika Komitəsinə ekspert missiyaları təşkil edilib. Həmçinin, komitə işçiləri Niderland, Bolqarıstan, Portuqaliya, Litva və Ruminiyaya ezam olunublar. Çıxış edənlər tvinninq layihəsinin uğurla icrasından danışıblar. Baş Nazirin müavini Əli Əhmədov bu layihənin Azərbaycan hökuməti və Avropa İttifaqı arasında əməkdaşlığın yaxşı nümunəsi olduğunu bildirib. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair sazişdə razılaşdırılmayan bir sıra məsələlər ticarət və iqtisadiyyata aiddir. Onun sözlərinə görə, Brüsseldə yeni Avropa Komissiyası öz işinə başlayıb və Azərbaycanda da dövlət strukturlarında dəyişikliklər gedir. Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib. Konfransda eyni zamanda Dövlət Statistika Komitəsi ilə Niderlandın Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.


Create Account



Log In Your Account