Jan 10 2020 19:22
Views: 160

Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal rəngli siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə yanvarın 10-18-də Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il adlı silsilə tədbirlər keçiriləcək. Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq. Çinin Azərbaycandakı səfiri Qo Min qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edir. Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir.Çində bu həm də yaz festivalı adlandırıılır. festival bir çox ənənələr və ayinlər ilə də zəngindir.


Create Account



Log In Your Account