Oct 29 2019 18:09
Views: 149

“Müasir dünya müəllifə ödənilməli qonorarla bağlı böyük problemlə üzləşir. Ən vacibi odur ki, yıgılan və müəllifə çatdırılan qonorar onları razı salmır”.  Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov  “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi” mövzusunda beynəlxalq regional seminarda deyib. Bu problemə Azərbaycanda da rast gəlindiyini vurğulayıb. O, iki gün ərzində seminarda bu və digər  məsələlərin müzakirə olunacağını bildirib.

Kamran İmanovun sözlərinə görə, bu gün ermənilər türk xalqına, xüsusən azərbaycanlılara xas qədim mədəni irs nümunələrini və müəllif əsərlərini məqsədli şəkildə mənimsəməyə cəhd edirlər. Lakin onların bu cəhdi heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil. Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir.

Dünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə keçirilən beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən nümayəndələr iştirak edir. Yerli və xarici mütəxəssislər müəllif hüquqları və kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlili və digər mövzular barədə danışdılar.

Son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. 2015-ci ildən başlayaraq, bu göstərici yüksəlir. Eyni zamanda, patent sifarişlərində də artım görünür.


Create Account



Log In Your Account