Oct 04 2019 14:36
Views: 221

Müəllimlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Bunu  20 saylı məktəb-lisey kompleksində 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib. 
Toplantıda təhsil sahəsində aparılan islahatlar, təhsilə göstərilən diqqət və qayğıdan danışılıb. Qeyd olunub ki, təhsil dövlətin prioritet istiqamətlərindəndidr. Dövlətin müəllimə göstərdiyi qayğının nəticəsidir ki, ali məktəbə qəbul olunanlar arasında artıq bu peşəyə oğlanlar da böyük maraq göstərir. Uğurlarına və səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi və şagird mükafatlandırılıb.


Create Account



Log In Your Account