Aug 14 2020 18:15
Views: 548

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi başa çatıb. Test imtahanında iştirak hüququ qazanan 46.228 namizəddən 2 mini bu gün artıq imtahan verib. Ötən illərdən fərqli olaraq, bu il test imtahanları bir mərkəzdə yox, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilib. İmtahanlar 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. Test imtahanları başa çatandan sonra vakansiya seçimi mərhələsi olacaq. Bu mərhələdən də uğurla keçən namizədlər ümumtəhsil məktəblərinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar. Daha sonra təşkil olunacaq müsahibə mərhələlərindən də keçənlər daimi əsaslarla işlə təmin olunacaqlar.


Create Account



Log In Your Account