Oct 17 2019 19:46
Views: 315

“2020-ci ildən etibarən müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq”. Bunu təhsil naziri Ceyhun Bayramov deyib. Bildirib ki, “Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub. Nazir orta məktəblərdə ibtidai sinif şagirdlərinə verilən dərsliklərin vəziyyətinə də toxunub. Qeyd edib ki, məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir.
Nazir bildirib ki, bəzi fənlərin, xüsusilə ibtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur. 
Ceyhun Bayramov ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması məsələsinə də münasibət bildirib. Bununla əlaqədar araşdırma aparıldığını vurğulayıb.
Təhsil naziri 2019-cu ildə təhsil sahəsində əldə edilən nailiyyətlərdən də söz açıb. Qeyd edib ki, bu dərs ilindən etibarən ümumtəhsil məktəblərinin bazasında peşə təmayül siniflərinin açılmasına start verilib. Artıq 20 peşə təmayüllü sinif təşkil edilib.
Ceyhun Bayramov son bir il ərzində dövlət hesabına təhsil alan tələbələrin sayının 66 faiz artdığını deyib. Bildirib ki, hazırda ödənişli təhsil alan tələbələrə müxtəlif dəstək mexanizmləri müzakirə edilir.


Create Account



Log In Your Account