BÖLMƏDƏN DİGƏR
AŞPA-nın payız sessiyasının bugünkü iclasında millət vəkili, Azad Demokratlar Qrupunun vutse-prezidenti Qənirə Paşayeva azərbaycanlılarının bu günkü Ermənistandan, öz ata-baba torpaqlarından 1948-53-cü illərdə və 1988-ci ildə deportasiyası məsələsini qaldırıb. Millət vəkili qeyd edib ki, bu il 1948-ci ildə Ermənistandan yüz minlərlə azərbaycanlının zorla öz evindən qovulmasının, deportasiyasının 70-ci ili tamam olur.
“1988-ci ildə Ermənistan rəhbərliyi dəhşətli bir etnik təmizləmə siyasəti apararaq Ermənistanda öz tarixi torpaqlarında yaşayan bütün azərbaycanlıları öz evlərindən zorla qovub. Dünya buna biganə qalmamalıdır”.