Dec 05 2019 17:26
Views: 443

“Milli Məclisin deputatlarının səlahiyyəti Milli Məclisin yeni tərkibdə ilk sessiyasının 1-ci günü başa çatır. Bu o deməkdir ki, parlament qanunvericilikdə nəzərd tutulmuş xüsusi vacib hallarda toplana bilər”. Bunu Konstitusiya Məhkəməsinin Plenumunun Milli Məclisin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərarı brədə CBC-yə danışan Millt vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə qanunvericilik istisna olmaqla parlamentin digər funksiyaları saxlanılır. Parlamentin beynəlxalq platformada təmsilçiliyi də davam edəcək. Millət vəkilləri hesab edirlər ki, 5-ci çağırış Azərbaycan Milli Məclisi kifayət qədər səmərəli fəaliyyət göstərib. Ölkənin inkişafına xidmət edən bir sıra mühüm qanunvericilik aktları qəbul olunub. Millət vəkili Asim Mollazadənin sözlərinə görə parlıamentin fəaliyyətini məhsuldar hesab etmək üçün əsaslar çoxdur. Millət vəkili Elman Nəsirov hesab edir ki, növbədənkənar seçkilərin keçirilməsi bir çox ölkələrdə çox tez-tez rast gəlinən praktikadır. O, bu yaxınlarda Böyük Britaniya və İspaniya Parlamentlərinə də növbədənkənak seçkilərin keçiriləcəyini xatırladıb. Millət vəkili bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi islahatlar kursunun məntiqindən irəli gələn bir təşəbbüsdür. Konstitusiya Məhkəməsi Plenumunun dünən keçirilən iclasında Milli Məclisinin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib.


Create Account



Log In Your Account