Jul 10 2020 18:06
Views: 158

Azərbaycanda koronavirusa yoluxmanın intensivlinin aşağı düşməsi üçün karantin rejiminin əhəmiyyəti böyükdür. Bunu CBC-yə müsahibəsində millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin üzvü  Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə yoluxma sayının birrəqəmli həddə düşməsi üçün insanlar həmrəylik nümayiş etdirməlidir. Parlament üzvü onu da qeyd edib ki, Azərbaycanın yoluxma sayının minimuma endirilməsi istiqamətində artıq təcrübəsi var. Bu təcrübənin yenidən tətbiq olunması yoluxma sayının azalmasına gətirib çıxaracaq.

Millət vəkili deyib ki, ölkənin 16 inzibati rayonunda karantin rejimi tətbiq olunsa da,müəyyən məqamlarda boşluqlar yaranır.Bu da nəticədə  infeksiyanın yayılmasına gətirib çıxarır.Belə məqamda vətəndaşlarla dövlətin həmrəyliyi xüsusi önəm daşıyır. Rayonlarda insanların karantin rejiminin tələblərinə uyğun olan davranış sərgiləməsi üçün daha çox imkan var. Lakin bəzən bu imkanlardan istifadə olunmur və bu da nəticədə yoluxma ocaqlarının yaranmasına səbəb olur.

Parlament üzvü qeyd edib k, mayda Azərbaycanda yoluxma sayının aşağı düşməsi vətəndaşların göstərdiyi həmrəyliyin nəticəsi idi. vətəndaşlar operativ gərargahın qoyduğu qaydalara riayət edərsə, yenidən bu nəticəyə nail olmaq mümkündür.


Create Account



Log In Your Account