Mar 02 2019 18:36
Views: 411

“Bu ilin başlanğıcından sosial xarakterli vacib sərəncamlar, fərmanlar imzalanıb və insanların sosial həyatlarının yaxşılaşdırılması əsas hədəf kimi seçilib” Bunu hakim Yeni Azərbaycan Partiyasının mərkəzi qərərgahında partiyanın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində çıxışı zamanı YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib. Qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insanların həyatının yaxşılaşdırması dayanır.
İlin əvvəlindən aparılan sosial islahatların təməlində ölkə quruculuğu, iqtisadiyyatın möhkəmlənməsi istiqamətində görülən işlər dayanır.  Prezident İlham Əliyevin əhalinin müxtəlif kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşdırılması, problemli kreditlərlə bağlı verdiyi sərəncamların əhəmiyyətini şərh edən millər vəkilləri, ziyayılar bu fikirdədirlər. Millət vəkili İlham Məmmədov CBC-yə müsahibəsində bildirib ki, aparılan sosial siyasətin məqsədi insanların  rifah halının yaxşılaşdırılmasıdır.
YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov deyir ki, problemli kreditlərlə bağlı vacib sərəncamın verilməsi bir daha iqtidar xalq birliyinin güclü və yenilməz olduğunun göstəricisidir.
Prezident İlham Əliyev mədəniyyət xadimləri ilə keçirilən görüşdə də bildirib ki, sosial sferada həyata keçirilən islahatlar davamlı xarakter daşıyacaq və ehtiyacı olan təbəqə daim diqqət mərkəzində olacaq.


Create Account



Log In Your Account