Apr 01 2020 14:47
Views: 320

Koronavirus pandemiyasının surətlə yayıldığı bu günlərdə ağır virus infeksiyalarından qorunmaq metodları yenidən gündəmə gəlib. Təbii vasitələrlə mübarizə üsullarını özündə birləşdirən xalq təbabəti aktuallaşıb.  Mütəxəssislər koronavirus və digər ağır viruslardan özünü qorumaq üçün insanlara ilk növbədə bol maye qəbul etməsini tövsiyə edirlər. Tez-tez sudan istifadə məsləhət görülür.

Xalq təbabətində istifadə olunan ud hindi yağı güclü bakteriosid xüsusiyyəti olduğundan viruslara qarşı mübarizədə effektiv vasitələrdən biri hesab olunur. Bu yağı burun boşluğuna gündə 3 dəfə damcılatmaqla burun boşluğunda olan virusları məhv etmək olar. efir yağlarının müalicəvi təsirlərindən istifadə edərək evdə havanın dezinfeksiya edilməsi mümkündür. Hamıya yaxşı məlum olan üzərliyin tüstüsü də evdə havanın təmizlənməsində istifadə edilə bilər.

Mütəxəssislər virusla mübarizədə güclü immunitetin qalib gəldiyini ilk gündən açıqlayıb. Xalq təbabəti ilə məşğul olan həkimlər də daxilə qəbul üçün bir sıra dərman bitkilərinin meyvə və tərəvəz qədər effektli ola biləcəyi qənaətindədirlər. Ənənəvi bildiyimiz soğan və sarımsaq, eləcə də sitrus meyvələri, zəncəfil də immuniteti gücləndirən məhsullar sırasındadır.

  


Create Account



Log In Your Account