Apr 02 2019 16:24
Views: 339

Azərbaycan Ordusunun parlaq qələbələrindən olan Aprel döyüşlərinin üçüncü ildönümü tamam olur. Bu döyüşlər nəticəsində Azərbaycan ordusu 2000 hektardan çox ərazini düşməndən azad edib, təmas xəttindəki strateji yüksəklikləri ələ keçirib.

Ekspertlər hesab edir ki, aprel döyüşləri münaqişənin tarixində yeni bir mərhələnin başlanğıcı olub.

CBC-nin Xəbərlər buraxılışının qonağı olan millət vəkili Hikmət Babaoğlunun fikrincə, Azərbaycanın tarixi qələbsi ilə nəticələnən  aprel döyüşləri ordumuzun Ermənistan silahlı qüvvələrindən bütün parametrlər üzrə dəfələrlə üstün olduğunu sübut etdi. Məhz bu döyüşlər Azərbaycanın münaqişənin siyasi həlli ilə bağlı danışıqlar prosesində mövqeyinin daha da güclənməsində mühüm rol oynamış oldu.


Create Account



Log In Your Account