Feb 28 2019 18:18
Views: 456

Miniatür Kitab Muzeyində şairə və dramaturq, Çexiyada yaşayan azərbaycanlı Leyla Bəyimin “Qarabağ şikəstəsi” adlı miniatür kitabının təqdimatı olub. Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahova kitab barədə məlumat verərək bildirib ki, 65x50 millimetr ölçüdə, 168 səhifədən ibarət olan  kitab Miniatür Kitab Muzeyinin sifarişi ilə dörd dildə - Azərbaycan, rus, ingilis və alman dillərində 100 nüsxə tirajla nəşr edilib.

Miniatür kitabın üz qabığında rus rəssamı Nikolay Sverçkovun “Qarabağ atı” əsəri təsvir edilib. Çıxış edənlər bildiriblər ki, “Qarabağ şikəstəsi” poeması Qarabağ ağrısı, həqiqi və səmimi vətənpərvərlik hissləri ilə dolu olan bir əsərdir.


Create Account



Log In Your Account