May 24 2019 16:39
Views: 367

“Avropa İttifaqının Azərbaycanın təhsil sisteminə verdiyi dəstək yüksək səviyyədə davam edir”. Bu fikir “Avropa günləri” çərçivəsində Mingəçevir Dövlət Universitetində Avropa İttifaqı ölkələrinin səfirlərinin tələbə və müəllimlərlə görüşündə səsləndirildi. Qeyd edildi ki, bu gün təhsil sahəsinin inkişafı Avropa İttifaqı ölkələri ilə tərəfdaşları arasında əməkdaşlığın ayrılmaz hissəsidir. Qurumun maliyyələşdirdiyi “Erasmus+” proqramı da ölkəmizdə ali təhsilin inkişafına xidmət edir. Proqram sayəsində Azərbaycanda hər il 1000-ə yaxın tələbə Avropanın aparıcı universitetlərində təhsil almaq imkanı qazanır.

“Avropa günləri” çərçivəsində paytaxt, eləcə də bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrin də təqdimatı oldu. Avropa İttifaqının maliyyəsi ilə reallaşdırılan “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək”, “Regionlarda dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” və digər layihələr yüksək qiymətləndirildi.

Qonaqlar Mingəçevirin Səməd Vurğun meydanında təşkil olunan “Avropa İttifaqı sənin üçün”adlı tanıtım mərasiminə də qatıldılar. Meydana toplaşan əhaliyə Avropa İttifaqının fəaliyyəti barədə məlumat verildi. Həmçinin maraqlı viktorinalar keçirildi, sərgilər açıldı.

“Avropa İttifaqı sənin üçün” tanıtım mərasimi “Meridian” rok qrupunun konsert proqramı ilə başa çatdı.


Create Account



Log In Your Account