Sep 11 2019 20:15
Views: 214

2019-cu il sentyabrın 1-dən təhsil sistemində orta aylıq əmək haqqı 600 manat olub. Təhsil işçilərinin respublika konfransı çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov belə deyib. Bildirib ki,  5000-dən çox müəllimin bu artımdan sonra maaşı 1000 manatdan çox təşkil edir. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində aparılan kompleks islahatların da öz bəhrəsini verdiyini deyib. Müəllimlərin işə qəbulundan danışan nazir qeyd edib ki, 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb. Ümumilikdə, son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub. 
Təhsil naziri növbəti tədris ilindən məktəblərdə tətbiq olunacaq yeniliklərdən də danışıb. Növbəti tədris ilində ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. Cari tədris ilində tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişlənib.  2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Tədbirdə son illərdə təhsil sahəsində müşahidə olunan tendensiyalar, təhsil siyasəti və yeni tədris ili üçün prioritetlər müzakirə olunub.


Create Account



Log In Your Account