Feb 14 2020 19:26
Views: 651

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlayacaq. Bu, dövlət başçısının təsdiq etdiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair tədbirlər planında nəzərdə tutulub. Sənədə əsasən əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər ediləcək. Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində müasir standartlara cavab verən yeni məşğulluq xidmətləri modeli formalaşdırılacaq. Mərkəzləşdirilmiş Karyera Portalının yaradılması da nəzərdə tutulur. Qeyd edək ki, ötən gün prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Planda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməli, işlərin gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlidir.


Create Account



Log In Your Account