Jun 20 2019 19:24
Views: 273

Bu il oktyabrın 1-dən etibarən Azərbaycanda pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq. Bununla bağlı prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan sənəd əmək və sosial siyasət komitəsində müzakirə olundu. əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, əmək pensiyalarının minimum həddi 25 faiz artırılacaq.  Nazirin sözlərinə görə, bu islahatların həyata keçirilməsi üçün hazırlıq mövcuddur və normativ hüquqi aktlar  buna uyğun olaraq qəbul ediləcək. Pensiyaların minimum həddinin artırılması ümumilikdə 700 mindən  çox insanın pensiyasına təsir edəcək.

Minimum pensiyanın artırılması birbaşa olaraq, 2,1 milyondan çox vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verəcək. Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar üçün bu ilin qalan dövrü üzrə  660 milyon manat, illik 2 milyard manat əlavə vəsait ayrılacaq.  Pensiyaların minimum həddinin artırılması ümumilikdə pensiyaların 60%-nin artımına imkan verəcək. Bununla yanaşı yeni qanun layihəsində yerdə qalan 40% pensiyaçının pensiya məbləğlərinin gələn il yanvarın 1-dən artırılması da nəzərdə tutulur.

Nazir bildirib ki, Azərbaycanda həyata keçirilən növbəti sosial islahatlar inflasiya səviyyəsinə təsir göstərməyəcək. Ciddi inflyasiya artımı gözlənilmir.

2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılıb. Bununla da Azərbaycan minimum əmək haqqı və minimum pensiyaya görə MDB səviyyəsində alıcılıq qabiliyyəti üzrə ilk 2 yeri bölüşmüş olacaq. Parlament bütün sərəncamlarla bağlı yekun müzakirəni iyunun 28-nə təyin edib.


Create Account



Log In Your Account