Jun 28 2019 18:17
Views: 246

Ötən gün “Minsk 2019” İkinci Avropa Oyunlarında Azərbaycan idmançıları 1 qızıl və 1 gümüş medal qazanıblar. Medalları ölkəmizin aktivinə sərbəst güləşçilərimiz yazdırıblar. Yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Güləşçimiz güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Finalda çıxış edən digər güləşçimiz - 97 kq-da Nurməhəmməd Hacıyev isə ikinci Avropa Oyunlarının gümüş medalına sahib olub. O, yarımfinalda zədələndiyi üçün Rusiya güləşçisi Abdulrəşid Sadullayev ilə final matçına çıxmayıb. Hacı Əliyev Rio olimpiadasında finala gedən yolunu kəsən Vladimer Xinçeqaşviliyə qalib gəlməyi qarşısına hədəf qoyduğunu deyib.


Create Account



Log In Your Account