Jan 09 2020 19:44
Views: 235

ATƏT-in Vyanada yerləşən baş katibliyində təşkilatın yeni sədri, Albaniyanın Baş Naziri və xarici işlər naziri Edi Ramanın inauqurasiya mərasimi keçirilib. Mərasimdə çıxış edən Edi Rama ölkəsinin sədrliyi dövrü üçün hədəflərini açıqlayıb. Qeyd edib ki, Albaniya sədrliyi dövründə diqqəti ATƏT-in siyasi öhdəliklərinə yönəldəcək, münaqişə və post-münaqişə bölgələrində fəaliyyəti gücləndirməyə, Paris Xartiyasının 30 illiyi ərəfəsində dialoqu möhkəmləndirməyə çalışacaq. O vurğulayıb ki, ATƏT regionunda mövcud münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması gündəlikdə duran əsas məsələlərdən birini təşkil edəcək. Edi Ramanın sözlərinə görə, üzv ölkələr öhdəlikləri birlikdə yerinə yetirməlidir: “Bu, vacibdir. Biz əlimizdə olan dəyərli alətlərin ətrafında birləşməliyik. Məsuliyyətimiz 57 ölkə arasında bölüşdürülür. Ümumi yanaşma olmadan ortaq bir gündəliyi inkişaf etdirmək mümkün deyil”. ATƏT-in yeni sədri qeyd edib ki, Albaniyanın təşkilata sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcək.


Create Account



Log In Your Account