May 31 2018 14:16
Views: 385

“Energetika və biokütlə” layihəsi  BMT-nin  inkişaf proqramı və Avropa Şurası tərəfindən maliyyələşir. Bu layihənin həyata keçməsi ilə biokütlədən alınan enerjinin həcmi artıb.Enerji istehsalında davamlılığın, rəqabətliyin inkişafına yaxından dəstək olub. Məlum olub ki,biokütlədən alınan enerji, məktəblərin, uşaq baxçalarının, xəstəxanaların isidilməsində  böyük rol oynayıb. İndi 194 min əhali yaşıl enerjidən istifadə edir, 250  ictimai müəssisə biokütlə ilə işləyən isitmə sistemi ilə təhciz olunub.Belə məkanlardan bir Nisporen şəhərindəki uşaq baxçasıdır.Onun istilik sistemi tam olaraq biokütlədən yararlanır.Bunun üçün baxçada müasir isitmə mərkəzi yaradılıb.Eyni zamanda  baxşanın isti suya olan təlabatı  alternativ enerji vasitəsi ilə təmin olunur.
Layihə çərçivəsində  icmalara  da  öz enerji vasitələrinin tədbiqinə şərait yaradılır. Bu da yeni  müəssisələrin  və iş yerlərinin açılmasına imkan verir. Bioyanacağın əldə edilməsi üçün lazım olan avadanlığın alınmasına  Avropa İttifaqı 1 milyon avro ayırırb. 35 yeni biznes istiqamətləri  “Enerji və biokütlə “layihəsi çərçivəsində maliyyələşib. Bioyanacaq istehsal edən müəssisələrdən biri Belcı şəhərində yerləşir. Burada günəbaxan qabıqlarından və ağac qırıntılarından biokütlə istehsal edilir.Əvvəlcə biokütlə  xüsusi avadanlığda doğranır, sonra qurudulur və preslənir. Zavodun təsisçisi  İvan Damaskinin sözlərinə görə  10 il ərzində Maldovada bioyanacağa olan təlabat artıb.Hazırda bu növ yanacaq daxili bazar üçün nəzərdə tutulub
Layihə çərçivəsində marifləndirmə işləri də nəzərdə tutulub.Maldovanın Sinjerej rayonunun Kişkeren kənd məktəbinin şagirdlərinə  bərpa olunan enerjinin  və ekoinnovasiyaların öyrənilməsi üçün   xüsusi dərslər keçirilir.Şagirdlər bu sahənin həm nəzəri ,həm də praktiki olaraq öyrənməyə çalışır.Artıq yuxarı sınıflərin  müəyyən nailiyyətləri mövcuddur.Onlar öz ixtiralarını da edirlər.
“Enerji və biokütlə” layihəsi Maldovada böyük uğurlara imza atıb.Artıq qonşu ölkələr də   enerjiyə olıan ehtiyacını ödəmək üçün  biokütlədən istifadə etməyə  böyük maraq göstərir
İndi Maldovada istifadə oluna enerjinin 15 faizi  bərpa olunan enerji sayəsində təmin olunur. Bunun da 98 faizi  biokütlənin payına düşür.Layihənin sayəsində  yeni iş yerləri açılıb. EU4Energy təşəbbüsü Avropa İttifaqının enerji təchizatının yaxşılaşdırılması, enerji təhlükəsizliyi və enerji şəbəkələrinin birləşdirilməsi ilə yanaşı, Şərq Tərəfdaşlığı ölkələrində enerji səmərəliliyinin və bərpa olunan enerji istifadəsinin təşviqini də əhatə edir. Bura  Azərbaycan ,Belarus,Gürcüstan,Moldova,Ukrayna və Ermənistan daxildir.


Create Account



Log In Your Account