Jun 25 2019 18:57
Views: 279

“Monteneqro iqtisadiyyatına sərmayə qoyuluşuna görə  Azərbaycan ön sıralarda dayanır. Hazırda Azərbaycan Monteneqroda 900 milyon avroluq layihə icra edir.” Bunu Monteneqronun Baş naziri Duşko Markoviç Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda deyib. Baş nazir bildirib ki, Monteneqro Azərbaycan şirkətlərini nəqliyyat və infrastruktur layihələrinə investisiya yatırmağa çağırır. Qeyd edib ki, Azərbaycan Monteneqronun əsas xarici investorlarındandır.

Əmək və əhalinin sosial müdafiəsi naziri, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev deyib ki,  ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artsa da, mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir.

Sahil Babayev qeyd edib ki, Monteneqro Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı və ədalətli mövqeyini, ərazi bütövlüyünü dəstəkləyir ki, bu da siyasi tərəfdaşlığın ən yüksək səviyyədə olduğunu təsdiq edir.

Biznes forumda 150-dən çox şirkət iştirak edib. Tədbir iştirakçıları qarşılıqlı investisiya qoyuluşu sahəsində məsələləri müzakirə ediblər. 


Create Account



Log In Your Account