Sep 11 2018 18:39
Views: 566

Kitab-yarmarkası oxucuların böyük marağına səbəb olur. Hər il sərgini iki yüz mindən çox kitabsevər ziyarət edir. Bu il ziyarətçilər əsasən, iyirminci əsrin əvvəllərində yaşanan hadisələrə diqqət çəkib. Və bu da təəccüblü deyil. Çünki televiziya, radio, dəyirmi masa və mətbuat səhifələrində müntəzəm olaraq rus-yapon müharibəsi, 1905 və 1917-ci illərdə baş verən inqilablar ətrafında qızğın müzakirələr aparılır.
Tarix elmləri namizədi Sergey Kulikov və publisist Dmitri Zıkinin Rusiya İmperiyasının terror problemlərindən bəhs edən birgə tədqiqat işi xüsusi maraqla qarşılanıb. Nadir arxiv sənədləri əsasında yazılan “İmperiyaya qarşı terror müharibəsi” adlı kitabda rus-yapon müharibəsi dövründə erməni “Daşnaksütun” partiyasının törətdiyi əməllərdən bəhs edilir. Kitabın müəllifləri bu təşkilatın terrorçu mahiyyətini üzə çıxarıblar. Tədqiqat zamanı daşnakların xarici dövlətlərlə əlaqələri və cinayət yolu ilə partiyanın kassasını doldurduqları aşkarlanıb. Məlum olub ki, xarici dövlətlərin iştirakı ilə Rusiyada “ikinci cəbhə” halına gələn və rus-yapon müharibəsinə mənfi təsir göstərən terror müharibəsi baş verib. Xüsusən də, daşnaklar rus ordusunda səfərbərliyə qarşı çıxıblar. Qafqazda terror geniş vüsət alıb, insanlar həyatlarını itirib, iqtisadiyyatın mənfəətli sektorlarından biri olan neft hasilatını zərbə vurulub.
Bu faktlar Rusiya ictimaiyyəti üçün ciddi əhəmiyyət daşıyır. Çünki uzun illər Rusiyanın məğlubiyyət səbəblərində Sovet baxışları üstünlük təşkil edib. “1905-ci il inqilabı” terror dalğası kimi deyil, fəhlələrin hüquqları uğrunda mübarizə kimi təqdim edilib. Məhz erməni millətçiləri Zaqafqaziyada Rusiya çarına qarşı çıxan əsas qüvvə olub.
Rusiya imperiyasında erməni kilsəsi ilə ara soyuduqdan sonra erməni məsələsi ətrafında açıq münaqişələr yaranmağa başlayıb. Erməni qriqorian kilsəsi erməni millətçi inqilabçı partiyalarla saziş imzalayıb. Bundan sonra “Qnçak” və “Daşnaksutun” partiyaları Rusiya hökumətinə qarşı açıq terrora başlayıb. Onlar ölkədə kütləvi işğtişaşlar törədib, basqınlar, etnik təmizləmələr aparıblar. "İmperiyaya qarşı terror müharibəsi" kitabında  daşnaklarların antihökumət qüvvələri ilə sıx əməkdaşlıq etməsi, monarxiyanın devrilməsinə hazırlaşdıqları haqda məlumatlar verilir. Kitabın əsas mətninə əlavə olunan son hissədə isə Zaqafqaziyanın tarixinə aid axiv sənədlər əks olunub.


Create Account



Log In Your Account