Jan 23 2020 21:04
Views: 172

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində Moskvada “Dostlar məclisi” adlı konsert keçirilib. Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Konsertdə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib. Çıxış edənlər Polad Bülbüloğlunu sədaqətli dost, görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər. onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar. Polad Bülbüloğlunun Azərbaycan-Rusiya əlaqələrinin inkişafındakı rolu da xüsusi vurğulanıb. Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirib. Son dəfə 5 il əvvəl səhnəyə çıxdığını deyən xalq artisti deyib ki, buna baxmayaraq konsertə böyük maraq olub. Xalq artisti yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert proqramı ilə çıxış edəcək. artıq bu konsertə hazırlıq gedir.


Create Account



Log In Your Account