May 10 2019 20:07
Views: 294

Uzaqgörən siyasiətçi, öz ölkəsinin hüdudlarından kənarda da böyük hörmət və nüfuz qazanmış  Heydər Əliyev ən mürəkkəb, çətin situasiyalarda düzgün qərarlar qəbul etməyi bacarırdı. O, bütün fəaliyyətini məhz xalqının gələcəyinə, rifahına, təhlükəsizliyini təmin etməyə yönəltmişdi. Tanınmış jurnalist Mixail Qusman bildirir ki, Heydər Əliyevin hər bir addımı dövlətçiliyin möhkəmləndirilməsi məqsədinə xidmət edirdi. Bu proses hələ 1969-cu ildə o Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunanda başlamışdı. Heydər Əliyev miqyası kifayət qədər böyük olan hədəflər müəyyən etdi və qısa müddətdə Azərbaycanın Sovet İttifaqında ən öndə gedən respublikalardan birinə çevrilməsinə nail oldu.  
Heydər Əliyevlə görüşmüş insanların hər biri qeyd edir ki, o böyük siyasi təcrübəyə və həyat təcrübəsinə malik idi. Heydər Əliyevin fəaliyyəti bütün mərhələlərdə yüksək qiymətləndirilib. Sovet Azərbaycanına uğurlu rəhbərliyindən sonra o Sovet İttifaqının rəhbərlərindən biri olub. Mixail Qusman bildirir ki, Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev ölkəni təhlükəli vəziyyətdən çıxardı, Azərbaycanı xilas etdi.
Milli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ideologiyasını və inkişaf prinsiplərini müəyyən etdi. Prezidetn İlham Əliyev bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərərk ölkəni yeni inkişaf mərhələsinə çıxarıb. Mixail Qusman hesab edir ki, Azərbaycan bu gün dinamik inkişaf edən ölkələrdən biridir və məhz buna görə də Heydər Əliyevin xatirəsi xalqın yaddaşında  həmişə yaşayacaq.


Create Account



Log In Your Account