Dec 21 2018 18:15
Views: 449

Milli Kitabxanada görkəmli ədəbiyyatşünas, professor Mir Cəlal Paşayevin “Ədəbi tənqid” və “Publisistika” kitablarının təqdimat mərasimi keçirilib. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Mir Cəlal Paşayev bütün ömrünü Azərbaycanda ədəbiyyatın, mədəniyyətin və elmin inkişafına həsr edib. Eyni zamanda, onun yaradıcılığı yalnız ölkə miqyasında tanınmır. Mir Cəlal Paşayevin fəaliyyəti, onun qoyduğu irs dünyada da elmi araşdırmalara, tədqiqatlara yol açıb. Xalq yazıçısı Elçin Əfəndiyev Mir Cəlal Paşayevin əsərlərinin illərin sınağından keçdiyini, bütün dövrlərdə öz aktuallığını qoruduğunu bildirib.


Create Account



Log In Your Account