Jan 12 2018 18:31
Views: 846

Bakıda mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sinxron şahmat turniri keçirilib. Turnirdə ADA Universitetinin tələbələri və heyət üzvləri, həmçinin məktəblilər məşhur şahmatçılar Sərxan Həşimov və İlahə Qədimovaya qarşı yarışıblar. Mərhum şahmatçının qardaşı Sərxan Həşimov bu yarışı həm də tələbələrin sosial fəaliyyəti, eyni zamanda bu idman növünü inkişafı üçün önəmli şahmat bayramı hesab edir. Vüqar Həşimovun əbədiyyətə qovuşmasından dörd il ötür və bu tədbir də onun xatirəsinin yaşadılması, irsinin davam etdirilməsi istiqamətində addımlardan biridir.
Turnirə həvəskarlarla yanaşı, beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmiş gənc şahmatçılar da qatıldılar. Onlar Vüqar Həşmovun adını daşıyan turnirdə iştirak etməkdən qürur hissi keçirdiklərini bildirdilər.
Mərhum şahmatçı Vüqar Həşimov cəmi 27 il ömür sürsə də, şahmat tarixində dərin izlər qoya bilib. O, fantaziyalarının hüdudu olmayan, şahmat taxtasında müxtəlif variantlar təqdim edən, dərin hesablamalar aparmağı bacaran istedadlı zəka ustası kimi daim idmansevərlərin qəlbində yaşayır. Azərbaycan şahmatının dünyada mühüm uğurlar qazanmasında, idmanın bu intellektual növünün ölkədə inkişafında və təbliğində Vüqar Həşimovun da xidmətləri danılmazdır. İstər fərdi yarışlarda, istərsə də milli komandanın heyətində qazandığı uğurlar onu adını Azərbaycan şahmat tarixinə əbədi yazıb.


Create Account



Log In Your Account