Sep 30 2019 19:20
Views: 266

Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 ili tamam olur. 1919-cu ilin bu günü həmin dövrdə Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank fəaliyyətə başlayıb. Mərkəzi Bank ötən bir əsrdə böyük inkişaf yolu keçib. Müxtəlif dövrlərdə Mərkəzi Bankın fəaliyyəti fərqli istiqamətlərdə olub. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsbit edilib, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşib və 1992-ci il fevralın 11-də Azərbaycan Respublikasının Milli Bankı yaradılıb. Elə həmin ilin avqustun 15-də Azərbaycan Respublikasının milli pul vahidi olan manat tədavülə buraxılıb. Azərbaycanın birinci pul emissiyasını Fransa Mərkəzi Bankı həyata keçriib. Amma həmin dövrdə manat tezliklə dəyərini itirib. Milli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı isə ölkənin hərtərəfli formalaşması, o cümlədən maliyyə-bank sisteminin inkişafında dönüş nöqtəsi olub. Heydər Əliyevin 1993-cü il dekabrın 11-də imzaladığı fərmana əsasən manat respublikada yeganə ödəniş vasitəsinə çevrilib. Bank sistemi möhkəmləndirilib, ciddi konsolidasiya və restrukturizasiya prosesləri həyata keçirilib, özəl bankların sayı optimallaşıb. Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibəti ilə Mərkəzi Bankın rəhbər heyəti və işçiləri Milli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftolmoloq Zərifə Əliyevanın da xatirəsi yad olunub. Daha sonra mərkəzi bankın rəhbər və işçi heyəti Şəhidlər xiyabanını da ziyarət edib, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.


Create Account



Log In Your Account