Jun 07 2019 18:38
Views: 212

AMEA Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 95-ci ildönümüdür. Eyni zamanda, bu il qurumun yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur. Bu münasibətlə keçirilən hesabat tədbirində kitabxananın ötən 5 il ərzində gördüyü işlər, əldə edilən nəticələr barədə məlumat verilib. Qeyd edilib ki, təməli 1924-cü ildə qoyulan  Mərkəzi Elmi Kitabxana 2014-cü il mayın 5-dən yeni binada fəaliyyətini davam etdirir. Ötən beş il ərzində kitabxana bir çox yeniliklərə imza atıb.

“Vikipediya Metodik Mərkəzi” artıq 3 ilə yaxındır fəaliyyət göstərir. “Vikipediya” elektron ensiklopediyasında azərbaycanca məqalələrin hazırlanması və redaktə edilməsi prosesi gedir. Mərkəzdə gənclər üçün təlimlər də keçirilir. Məqsəd bu sahə üzrə peşəkar kadrların hazırlanmasıdır.

Tədbirdə kitabxananın 5 illik fəaliyyətinə həsr olunmuş CBC telekanalının hazırladığı film nümayiş olundu. Filmdə növbəti 5 il üçün müəyyən edilən strateji hədəflərdən, ənənəvi formatdan müasir formata keçiddən, kitabxananın 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları, eləcə də xarici ölkə nümayəndələrinə açıq olmasından söz açılır. Hazırda Mərkəzi Elmi Kitabxananın 5050 rəsmi qeydiyyatdan keçmiş oxucusu var.


Create Account



Log In Your Account