Oct 16 2019 17:06
Views: 268

Mərkəzi Seçki Komissiyasının qərarı ilə Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start verilib. Seminarların məqsədi dekabrda Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri haqda aşağı seçki komissiyalarının müxtəlif istiqamətlərdə maarifləndirilməsidir. 25 saylı Nizami ikinci seçki dairəsində keçirilən təlimdə seçki hüququ və onun təminatının qanunvericilik əsasları, məhkəmələrin seçki hüququnu qoruması mexanizmləri haqqında məlumat verilib.
Tədris proqramına uyğun olaraq kurslarda MSK-nın təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri təqdimatlar keçirəcək və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq. Dairə seçki komissiyasının sədri deyir ki, belə seminarların keçirilməsi çox əhəmiyyətlidir. Görülən işlərin sayəsində seçkilərdə seçicilərin hüquqları tam qorunur.
34 saylı Xətai ikinci seçki dairəsində də bələdiyyə seçkiləri ərəfəsində görüləcək işlər müzakirə olunub. Seçici siyahıları ilə işin aparılması, bildirişlərin seçicilərə çatdırılmasının təşkili, bu işlərdə icra və bələdiyyə qurumlarının rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı fikirlər səsləndirilib.
Genişmiqyaslı maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar 3 gün davam edəcək və oktyabrın 17-də başa çatacaq.


Create Account



Log In Your Account