Mar 04 2019 17:53
Views: 329

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın Bakı səfərinin gündəliyində duran əsas məsələ Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Slovakiya ATƏT-dəki sədrliyinin elə ilk günündəcə regionda uzanmış münaqişələrin nizamlanması və ATƏT məkanında konfliktlərin qarşıının alınması prioritet kimi elan edib.

Slovakiya ATƏT-in sədri qismində Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv şəkildə iştirak etməyə hazırdır. Lakin beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bu səfərin nəticə verəcəyindən şübhə ilə yanaşır.

Politoloq Tofiq Abbasovun fikrincə, münaqişəsinin tərəfləri dialoqun davam etdirilməsində, danışıqların daha konstruktiv səviyyəyə qaldırılmasında maraqlıdır. Buna ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri çalışmalıdır.

Analitiklər hesab edirlər ki, əgər beynəlxalq ictimaiyyətin nümayəndələri hərbi əməliyyatların bərpasını istəmirlərsə, onda onlar diqqəti Ermənistana yönəltməlidirlər və Ermənistandan münaqişənin həlli ilə bağlı aydın mövqeyini ortaya qoymağı tələb etməlidirlər. 

 


Create Account



Log In Your Account