Sep 26 2019 17:17
Views: 277

Son 10 ildə institusional investorlar arasında müsbət təsirli investisiyalara olan maraq sürətlə artır. Bu fikir Dövlət Neft Fondunun yaradılmasının 20 illik yubileyi çərçivəsində keçirilən konfransda səslənib.Beynəlxalq Maliyyə Korporasiyasının tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə keçirilən tədbirin mövzusu “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar”a həsr olunub. Tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar müzakirə edilib. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov müsbət təsirli investisiyaların əhəmiyyətini vurğulayıb.

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Hans Piter Lanks isə bu qurumun son 60 ildə gördüyü işlərdən danışıb.

Konfrans 6 sessiyadan ibarətdir. Sessiyalarda müsbət təsirli investisiyaların mahiyyəti, onların maliyyə bazarları və alətlərinə təsiri, və digər mövzuları müzakirə olunur. Konfransda müxtəlif qurumlarda 200-dək nümayəndə iştirak edir.

 


Create Account



Log In Your Account