Oct 25 2019 18:51
Views: 244

Görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından 11 il ötür. Bu münasibətlə 1-ci Fəxri xiyabanda dünya şöhrətli musiqiçinin məzarı ziyarət olunub, abidəsi önünə əklil qoyulub. Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Sergey Stepanov və tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Görkəmli musiqiçinin xatirəsi Moskvada da yad olunub. Moskvada yaşayan azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri dünya şöhrətli ifaçının xatirəsini abidəsi önündə yad ediblər. Qeyd olunub ki, Müslüm Maqomayevin yaradıcılığı mədəniyyət tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə böyük şöhrət qazanıb. 


Create Account



Log In Your Account