Oct 13 2017 15:35
Views: 436

Ermənistan Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, eləcə də qondarma "erməni soyqırımı" tələblərində yeni iştirakçılardan - müsəlman ermənilərdən, və "erməni" kimi təqdim etdikləri həmşillərdən istifadəyə cəhd edir. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Araz Qurbanovun "Müsəlman ermənilər". Regionda geosiyasi oyunların yeni iştirakçıları" kitabı məhz bu mövzuya həsr edilib. Müəllif deyir ki, ermənilər etnik ermənilərin sayını artırmaqla qonşularına ərazi iddialarını, eləcə də 1915-ci il soyqırım iddialarını əsaslandırmaq istəyir.
“Bu mövzu bu gün Ermənistanın xarici siyasətində mühüm yerlərdən birini tutur. Məqsəd müsəlman erməniləri və erməni kimi təqdim olunan etnik qruplar vasitəsilə Türkiyəyə, Azərbaycana, Gürcüstana təzyiq etmək, ərazi iddiaları üçün sosial baza formalaşdırmaqdır”. 
Son dövrlərdə Ermənistanda ermənilərin sayının süni artırılması istiqamətində istifadə olunan etnik qruplardan biri də həmşillərdir. Həmşillər Türkiyənin şimal-qərbində yaşayan etnosdur. Onların etnik kökü Qafqaz xalqlarındandır. Kitabda bu etnosun kökü, onların yaşadıqları ərazilər barədə ətraflı məlumat verilib. 
 Linqvist Elşad Əlilinin sözlərinə görə, onların mədəniyyətini, etnik prosesləri analiz edəndə məlum olur ki, bu, Qafqaz xalqları olan abxazlar və digər etnosların qarışığıdır: «Onlar xristian Qıpçaq Atabəylinin zamanında 16-cı əsrdə yaşayıblar.  Qıpçaq atabəyləri məhz həmin vaxt islamı qəbul ediblər və Osmanlı dövründə türklərə qarışıblar. Hətta  onların danışığında belə qıpçaq dilli sözlər var”. 
Etnosiyasi oçerklər toplusu olan kitabda ermənilərin dırnaqarası "Kimliyə qayıdış" və "Qarabağa dönüş" planlarından bəhs olunur. Təqdimat mərasimində əsərdə əksini tapmış süni etnosiyasi problemlər, Ermənistan və bəzi dövlətlərin Azərbaycan, Türkiyə və Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəlmiş təhdidlər barədə məlumat verilib. Onların neytrallaşdırılmasında düzgün  təbliğat işinin əhəmiyyəti vurğulanıb.


Create Account



Log In Your Account