Feb 14 2020 19:21
Views: 192

Görkəmli publisist, jurnalist və ictimai xadim Nəsir İmanquliyevin həyat və yaradıcılığından bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimat mərasimi keçirilib. Mətbuat Şurası və Azərkitab Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Nəsir İmanquliyev Azərbaycan jurnalistləri üçün böyük məktəbdir. Sovetlər vaxtında Azərbaycan dilinin müdafiəsi uğrunda mətbuatda çıxışlarının cəsarətli addım olduğu vurğulanıb. Kitabda onun həmkarlarının, yaxınlarının xatirələri öz əksini tapıb.


Create Account



Log In Your Account