Nov 06 2019 19:05
Views: 172

Azərbaycanda hər cür tamaşaçının zövqünə uyğun televiziya və radio kanalları var. İnsanları məlumatlandıran və maarifləndirən telekanallarla yanaşı, əyləncəli, idman proqramları ilə zəngin televiziyalar da yayımlanır. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli CBC-yə müsahibəsində bildirib ki, son illər ixtisaslaşmış televiziyaların yaranması alqışlanmalıdır.  
Nuşirəvan Məhərrəmov qeyd edir ki, dövlət büdcəsindən maliyyələşən televiziya kanalları ictimaiyyətin maraqlarını daha çox əks etdirir. Çünki özəl şirkətlər çox vaxt kommersiya maraqlarını əsas götürür. Ona görə də belə televiziyalar daha çox şou xarakterli proqramlara üstünlük təşkil edir.
Milli Teleradio Şurasının sədri son illərdə yeni efir yayım üsullarının peyda oldğunu, ölkədə internet və kabel televiziyalarının inkişaf etdyini bildirib. Qeyd edib ki, son dövrlər ənənəvi telekanallarla internet TV-lər və sosial şəbəkələrin qarşılıqlı fəaliyyəti qaçılmaz xarakter alıb. Eyni zamanda, sosial şəbəkələrdə telekanalların öz verilişlərini paylaşması, canlı yayımlar təşkil etməsi də dövrün tələbinə uyğundur. Bunlarla yanaşı, ölkədə kabel televiziya şəbəkəsi də xeyli inkişaf edib. 
Peyk televiziyaları arasında isə şəksiz lider CBC televiziyasıdır. Bu kanalın xüsusilə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri var.  
«CBC mənim ən çox baxdığım kanallardan biridir. CBC televiziyasında həm Azərbaycanın dövlət siyasəti öz əskini tapır, həm də dünyada baş verən proseslər, ən yaxşı televiziya verilişləri, sənədli verilişlər, Azərbaycan vətəndaşlarının maariflənməsi üçün gərəkli verilişlər göstərilir. Eyni zamanda, Azərbaycan daxilində baş verən proseslər orada geniş müzakirə olunur. kanalda xəbərlərin bir neçə dildə yayımlanması televiziyanı daha baxımlı edir”. 
Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC Azərbaycanın uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumatı  çatdırır. CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir. CBC televiziyası yarandığı gündən yüksək enerji ilə start götürərək tamaşaçılar arasında rəğbət qazanıb. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustana kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir. CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. 
CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və baxımlı proqramlar hazırlamağa imkan verir.CBC televiziyası hər gün gündəmə uyğun mövzu ilə bağlı diskussiyaları, keyfiyyətli siyasi ictimai proqramları, obyektiv xəbərləri təqdim edir. Dünyanın müxtəlif ölkələrində mötəbər beynəlxalq qurumların keçirdiyi tədbirlərdən reportajlar, fərqli məkanlardan canlı bağlantılar verməklə qarşımıza qoyulan məqsədə hər an daha çox yaxınlaşırıq.

 


Create Account



Log In Your Account