Apr 20 2018 14:06
Views: 394

Beynəlxalq səs Günü Azərbacyan Milli Konservatoriyasıda elmi-praktiki konfransla qeyd olunub. Konfransın əsas mövzusu muğamın ifa mədəniyyətinə həsr olunub. Bu da təsadüfi deyil. Çünki ali məktəblər arasında məhz Milli Konservatoriyada ilk dəfə muğam kafedrası yaradılıb.
Azərbaycan Milli Konservatoriyasında muğam vokal ifasının tədqiqi üzrə laboratoya yaradılması da planlaşdırılır. Uzun müddət Amerika Birləşmiş Ştatlarında bu mövzunu araşdıran və indi tədqiqat işləri ilə bağlı Bakıya gələn opera ifaçısı Aleksandriya Sultanzadə fon Bryusseldorf belə deyir. Onun sözlərinə görə, laboratoriya muğamın təkcə səs yox, həm də fizioloji xasiyyətlərini araşdırmağa imkan verəcək. Bu da mühüm nəticələrə gətirib çıxaracaq.
Muğam qədim tarixə malik olan musiqi mədəniyyətidir. Onun əsas xarakterik xüsusiyyəti muğam ladından ifa imkanının olmasıdır. Azərbaycan muğamı UNESCO-nun qeyri maddi irs siyahısına daxil edilib.


Create Account



Log In Your Account