Apr 13 2018 16:36
Views: 409

Pier Treqomen və Qoçaq Əsgərov çoxdan əməkdaşlıq edir. Fransız müğənni artıq iki ildir Qoçaq Əsgərovdan muğam dərsləri alır. Daha sonra birlikdə ifa etməyə və konsert proqramlarında çıxış etməyə qərar veriblər. Onlar muğamın və sərbəst üslubda ifa olunan melodik parçaların qərb melodiya çalarları ilə uğurlu sintezini ərsəyə gətiriblər.
Musiqiçilərin müştərək ifalarından ibarət albom da var. İtaliyada işıq üzü görən disk musiqi dünyasında əlamətdar hadisə çevrilib. Belə ki, albom YUNESKO-nun qeyri maddi-mədəni irsi siyahısında yer alıb. Muğam ustası Qoçaq Əsgərov deyir ki, bu iki musiqi janrı arasında linqvistik və emosional oxşarlıqlar var.
“Mugham Souls”... Musiqiçilərin Bakıda Frankofoniya həftəsi çərçivəsində reallaşan konserti belə adlanır. Musiqi proqramı YARAT İncəsənət Mərkəzində baş tutdu. İfaçılar daha əvvəl eyni adlı konsert proqramı ilə Fransada çıxış ediblər.


Create Account



Log In Your Account