Nov 08 2019 19:19
Views: 124

Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsistemi əhalinin istifadəsinə verilib. Məşğulluq altsistemi əmək bazarında mövcud olan vakansiya üzrə məlumat bankına malikdir. Artıq işsiz və işaxtaran vətəndaşlar heç yerə müraciət etmədən sistemə daxil olaraq vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerlər üzrə birbaşa müraciət imkanı qazanıblar. Altsistem 3 əsas hissədən ibarətdir.
Nazir müavini bildirib ki, iş axtaran insanlar və özünüməşğulluq proqramından yararlanmaq istəyənlər e-sosial portalından qeydiyyatdan keçməlidirlər.  Qeydiyyatdan keçən insanların telefonuna gələn xüsusi şifrə ilə həmin şəxslər sistemə giriş imkanı əldə edəcəklər. Sistemə daxil olduqdan sonra xüsusi anketi dolduraraq işaxtaran kimi qeydiyyata alınacaqlar.
Anar Əliyevin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında 14 200 vakant iş yeri haqqında məlumat var. İş yerləri əsasən peşələr üzrə ixtisaslardır.  Xüsusi qayğıya ehtiyacı olan şəxslərin, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulundan danışan nazir müavini bildirib ki, bu insanların işlə təmin olunması kvota əsasında həyata keçirilir.

 


Create Account



Log In Your Account