Oct 04 2019 19:45
Views: 219

Dövlət məşğulluq xidmətinin modernləşdirilməsi sahəsində "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsindən əldə olunan uğurlar əməkdaşlığın bariz nümunəsidir. Bu fikirlər layihənin bağlanış mərasimində səsləndirildi. Qeyd olundu ki, layihə çərçivəsində məşğulluq xidmətlərinin daha da genişləndirilməsi, ən mütərəqqi təcrübələrin Azərbaycana gətirilməsi və bu sahədə görülməsi zəruri olan işlər planlaşdırılıb. 
Sahil Babayev qeyd edib ki, ölkədə həyata keçirilə sosial iqtisadi siyasətin ana xətlərindən birini məşğulluq təşkil edir. Azərbaycanda həm dövlət sektorunda yeni iş yerlərinin açılması, özəl sektorda yeni iş yerlərinin yaradılmasının təşviqi, bu məqsədlə vergi, gömrük güzəştlərinin qəbul edilməsi, minimum əmək haqqının artırılması və digər tədbirlər məşğulluğun genişlənməsinə töhfəsini verir. 
Bağlanış mərasimində Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəsi Kestutis Yankauskas, Litvanın sosial təminat və əmək naziri Linas Kukuraitis, Litvanın səfiri Eqidiyus Navikas tvinninq layihəsi çərçivəsində uğurlu əməkdaşlıqdan danışdılar. Mərasimdə layihə çərçivəsində keçirilən təlimçilər üçün təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olundu. Azərbaycan ilə Avropa İttifaqı əməkdaşlığı çərçivəsində digər istiqamətlərdə də layihələrin planlaşdırıldığı qeyd edildi.


Create Account



Log In Your Account