Feb 14 2019 16:52
Views: 366

Bakı Beynəlxalq Multikulturalizim Mərkəzi növbəti dəfə Qış məktəbi layihəsini təşkil edəcək. Sayca 8-ci dəfə keçirilən qış məktəbində dünyanın 18 xarici universitetindən 35  tələbə iştirak edəcək. Bu məktəbə eyni zamanda yerli tələbələr də qoşulacaq. Bunu  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov CBC-yə  müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan multikulturalizmi  dünya universitetlərində elmi tədqiqat mövzusu kimi araşdırılır. Bu baxımdan, Azərbaycana maraq çoxdur. Bir çox ölkələrdən təşkilatlar və tədris mərkəzləri tərəfdaş  qismində iştirak etməyi də təklif edir. 

Bu gün Azərbaycan nəinki Qafqazın, hətta dünyanın ən multikultral dəyərlərə sahib olan ölkələrindən biridir. Burada dinindən, irqindən və dilindən aslı olmayaraq bütün azlıqlar sülh və əminamanlıq şəraitində yaşayır. Amma təəsüf ki, bəzi qonşu ölkələrdə azərbaycanlılara qarşı eyni tiolerantlıq göstərilmir. Min illərlə öz ata-baba yurdları olan Ermənistandan din və dil ayrı-seçkiliyinə, türk olduğuna görə qovulan azərbaycanlılar bu gün öz yurdlarına qayıtmaqdan məhrum olub. Gürcüstanda yaşayan söydaşalrımıza qarşı da hələ də bəzən ögey münasibət nümayiş etdirilir.

Rəvan Həsənovun sözlərinə görə, qonşu dövlətlər Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərdən nümünə götürsə, bu, ümumi regionda sülh və əmin-amanlığın, dostluq və qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.

Hazırda “Azərbaycan multikulturalizmi fənni” Azərbaycanın 38 univeristetində, eyni zamanda dünyanın məşhur 20 universitetində tədris olunur. Rəvan Həsənov Azərbaycanın multikultral dəyərlərinin bütün dünyada təşviq edilməsi üçün  işlərin bundan sonra da davam etdiriləcəyini deyib.


Create Account



Log In Your Account