Jul 16 2019 18:31
Views: 504

Milli mədəni müxtəliflik, etnik və dini tolerantlıq kimi amillər Azərbaycanın bütün dünyada mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına gətirib çıxarıb. Bu təəssüratı müxtəlif ölkələrdən olan alimlər, siyasətçilər, mədəniyyət işçiləri də bölüşür.

Azərbaycanın zəngin tarixi, mədəni irs və tolerantlıq ənənələrinə malik olması dünya səviyyəsində də tanınır. 9-cu Yay Multikulturalizm Məktəbinin iştirakçılarının fikrincə, ölkədə müxtəlif mədəniyyətlər bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərə bilir.

Forumda Azərbaycan diasporunun nümayəndələri də  iştirak edir.

Bu gün Azərbaycan iki fərqli sivilizasiyalar arasında körpü rolunu oynamaqla dünya miqyasında nüfuzunu artırır. Multikulturalizm məktəbinin iştirakçıları da qeyd edir ki, Azərbaycan tolerantlıq mühiti ən yüksək səviyyədə olduğu azsaylı ölkələrdən biridir.


Create Account



Log In Your Account